87 yaşlı qadını tövlədə saxlayan şəxsə cinayət işi açıldı

 87 yaşlı qadını tövlədə saxlayan şəxsə cinayət işi açıldı
  03 İyun 2021    Oxunub:1434
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videogörüntüsü yayılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az-a bildirilib ki, qeyd edilən görüntülərlə əlaqədar Gədəbəy rayon polis şöbəsində ilkin yoxlama aparılmaqla toplanmış material aidiyyəti üzrə Gədəbəy rayon prokurorluğuna göndərilib.

Aparılmış araşdırma ilə müəyyən edilib ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

3 iyun 2021-ci il tarixdə fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti