Rusiya səfirliyindən jurnalistlərin ölümü ilə bağlı paylaşım

Rusiya səfirliyindən jurnalistlərin ölümü ilə bağlı paylaşım
  04 İyun 2021    Oxunub:1467
Rusiyanın Azərbaycandakı səfirliyi Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib:

“Səfirlik bu gün Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına başsağlığı verir”.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: Rusiya   Səfirlik   Kəlbəcər   Mina  





Xəbər lenti