“YAŞAT”a toplanan vəsait 38 milyon manata çatır

   “YAŞAT”a toplanan vəsait 38 milyon manata çatır
  07 İyun 2021    Oxunub:1275
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 38 milyon manata çatır.
Azvision.az xəbər verir ki, Fonda toplanan vəsait 37 603 603.32 manatdır. Həmin vəsaitdən 16 866 479.46 manatı fiziki şəxslər, 20 737 123.86 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 23 721 091.28 manatı xərclənib. Vəsaitin qalığı isə 13 882 512.04 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond   Vəsait  





Xəbər lenti