Zəngilanda narkotik tərkibli bitkilər aşkarlanıb

Zəngilanda narkotik tərkibli bitkilər aşkarlanıb
  28 İyun 2021    Oxunub:1060
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az
-a verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 100 kiloqram olan 760 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti