Naxçıvanda yeni SES-in tikintisinə pul ayrıldı

Naxçıvanda yeni SES-in tikintisinə pul ayrıldı
  15 Mart 2014    Oxunub:1257
Prezident İlham Əliyev martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti