Almaniya dinc əhalini qorumağa hazırlaşır

   Almaniya dinc əhalini qorumağa hazırlaşır
  25 Noyabr 2024    Oxunub:306
Almaniya hakimiyyəti ictimai binalar və şəxsi tikililər hesabına mülki şəxslər üçün bomba sığınacaqlarının ərazisini genişləndirmək planı hazırlayır.
AzVision.az xəbər verir ki, mənbələr istinad edən “Bnild” qəzeti belə məlumta yayıb.

“Hazırda Almaniyada ictimai bomba sığınacaqları çatışmazlığı var. Cəmi 579 belə sığınacaq var ki, onlar də 83 milyonluq əhalinin 500 mindən azını yerləşdirə bilər. Bunun səbəblərindən biri də son 17 ildə ölkədə qoruyucu sığınacaqların ləğv edilməsi siyasətdir, çünki heç kim onlara yenidən ehtiyac olacağını düşünmürdü”, - qəzetdə dərc olunan materialda vurğulanır.

Qeyd edək ki, hələ bu ilin martında Almaniya Şəhərlər və İcmalar İttifaqının rəhbəri Andre Berqxeqqer federal hakimiyyət orqanlarını ölkənin mülki əhalisini mümkün müharibədən qorumaq üçün milyardlarla dollar sərmayə qoymağa çağırıb.

“Təhlükəsizliyi artıq aydın bir məfhum saymaq olmaz. İndi söhbət təkcə Bundesveri müdafiə qabiliyyətli etməkdən getmir. Söhbət ümumilikdə əhalini müharibələrlə bağlı təhlükələrdən qorumaqdan gedir”, - Berqxeqqer “Funke” media qrupuna verdiyi müsahibədə bildirmişdi.

“Soyuq müharibə” dövründəki 2000 ictimai sığınacaqdan 600-dən də azının qaldığını diqqətə çatdıran Berqxeqqer ölkədə bomba sığınacaqlarının sayını artırmağa çağırıb. Onun sözlərinə görə, istismardan çıxarılan sığınacaqların təcili şəkildə yenidən istismara qaytarılmasına böyük ehtiyac yaranıb.

İctimai Mühafizə və Fəlakətlərin İdarə olunması üzrə Federal İdarənin (BBK) rəhbəri Ralf Tisler, öz növbəsində, bunkerlər şəbəkəsinin tikintisinin xeyli vaxt tələb edəcəyini bildirib. Bu fonda BBK federal dövlət orqanları ilə birlikdə hava hücumundan müdafiə (HHM) sığınacaqları şəbəkəsini genişləndirmək üçün milli plan üzərində işləyir.

Bu paln mülki əhali üçün mühafizə tikililəri kimi bütün uyğun ictimai yerlərdən (metrostansiyalar, əhaliyə xidmət mərkəzləri, inzibati binalar), habelə fərdi yaşayış evlərindən istifadə edilməsini nəzərdə tutur.

Hakimiyyət ölkə sakinlərini şəxsi mülklərində möhkəmləndirilmiş binalar yaratmağa, xüsusən də bu məqsədlər üçün qarajların və ya zirzəmilərin təchiz olunmasını təşviq etmək niyyətindədir. Bundan əlavə, hava təhlükəsi zamanı istifadəçiyə ən yaxın sığınacağın ünvanını göstərən xüsusi mobil proqram yaradılacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   sığınacaqlar   hazırlıq  





Xəbər lenti