AzVision-un xəbərinə reaksiya: Sevil Əliyeva qızıl iPhone-lara qadağa qoyur

AzVision-un xəbərinə reaksiya: Sevil Əliyeva qızıl iPhone-lara qadağa qoyur
  18 Mart 2014    Oxunub:1241
Dünən AzVision.az Londonda «Golden & Co» şirkəti tərəfindən Azərbaycan bazarı üçün xüsusi olaraq hazırlanmış və üzərində Milli Lider Heydər Əliyevin imzası olan qızıl korpuslu «iPhone 5S gold limited» telefonlarının istehsalı haqda xəbər yaymışdı.
Milli Lider Heydər Əliyevin qızı Sevil Əliyeva bu məsələyə münasibət bildirib. Spacenews.az-ın xəbərinə görə, o, bu hadisədən hiddətləndiyini bildirib: “İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda «Golden & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün atam, Milli Lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu “iPhone 5S” telefonları buraxılıb. Bu hadisə məni nəinki sevindirmədi, hətta hiddətləndirdi. Azərbaycan üçün ən mühüm, ən taleyyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram”.


Teqlər:





Xəbər lenti