Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıb
  14 May 2025    Oxunub:335
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu saxlanılıb.

May ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışlar.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti