Yeni Günəşlidə qanunsuz yerləşdirilmiş köşk sökülüb

Yeni Günəşlidə qanunsuz yerləşdirilmiş köşk sökülüb
  13 May 2025    Oxunub:351
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 5-ci massiv, 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyektin quraşdırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən baxış keçirilib.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirilib.

Qeyd edilib ki, əraziyə monitorinq nəticəsində müəyyən edilib ki, qeyd olunan ünvanda obyektin yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyata keçirilib.

Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və aidiyyəti qurumlar tərəfindən həmin ərazidə quraşdırılmış köşkün sökülməsi və ərazidən çıxarılması təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti