Romada Korsika xalqının problemləri müzakirə edilir

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, konfrans çərçivəsində Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə olunur. O qeyd edib ki, BTQ adada Fransa tərəfindən Korsika dilinin dövlət dili kimi tanınmamasını və yerli mədəniyyətin sıxışdırılmasını insan hüquqlarının pozulması kimi qiymətləndirir və assimilyasiya siyasətinə qarşı çıxır.
Milli Məclisin deputatı Tural Gəncəliyev isə deyib ki, Korsika dilinin rəsmi statusunun tanınmaması və Fransa məhkəmələrinin Korsika dilinin qadağan olunması ilə bağlı qərarları Korsika kimliyinin Fransa tərəfindən məqsədyönlü şəkildə zəifləməsinə xidmət edir.
Vurğulanıb ki, Korsikanın öz müqəddəratını təyinetmə və müstəqillik uğrunda mübarizəsi Fransanın digər müstəmləkə ərazilərində aparılan azadlıq hərəkatları ilə həmrəylik nümayiş etdirən ümumi müstəmləkəçilik siyasətinə qarşı vahid müqavimət dalğasının tərkib hissəsidir.
Konfransda milli kimliyin və Korsika dilinin rəsmi statusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi, BMT və digər beynəlxalq təşkilatların müvafiq mexanizmləri rəhbər tutularaq müstəqillik perspektivləri təhlil olunur.
AzVision.az
Teqlər: