Çeçenistanda terror aktı: 4 hərbçi ölüb

Çeçenistanda terror aktı: 4 hərbçi ölüb
  04 Aprel 2014    Oxunub:1122
AzVision.az Rusiya mətbuatına istinadən xəbərə verir ki, Çeçenistanda Rusiya daxili qoşunlarına məxsus piyadaların döyüş maşını partladılıb.

Rusiya daxili qoşunların mühəndis kəşfiyyat bölməsinin əməkdaşlarının Çeçenistanda kəşfiyyat işləri həyata keçirərkən piyadaların döyüş maşını partladılıb.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 11 hərbçi yaralanıb, 4 nəfər isə aldığı yaralardan həlak olub.

Yaralılar paytaxt Qroznının tibbi sanitar batalyonuna yerləşdirilib.

Hadisə yerinə təhlükəszilik qüvvələri cəlb edilib, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


Teqlər:





Xəbər lenti