Cərrah-robot insan yardımı olmadan donuzu əməliyyat etdi

   Cərrah-robot    insan yardımı olmadan donuzu əməliyyat etdi
  29 Yanvar 2022    Oxunub:1696
Dünya tibbində növbəti dəfə nadir hadisə yaşanıb. "ABŞ-da Smart Tissue Autonomous Robot" (STAR) adlı robot-cərrah donuzun bağırsaqlarında təkbaşına çətin cərrahi əməliyyat həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə "GizModo" nəşri məlumat yayıb.

Çin dünyanın ən böyük hərbi robotunu hazırlayıb - VİDEO
Qeyd edilir ki, ağıllı tibbi maşın bağırsağın ayrı-ayrı fraqmentlərini birləşdirdikdən sonra onu tikib. O, dörd belə əməliyyat edib və hamısı da uğurla başa çatıb. Con Hopkins Universitetinin alimləri anastomozun çox mürəkkəb prosedur olduğunu və canlı orqanizmin daimi hərəkətdə olduğunu izah ediblər. Bu cür hal isə cərrahdan konsentrasiya və dəqiqlik tələb edir.

Robot ilk dəfə bu əməliyyatı canlı insandan daha sürətli və daha yaxşı yerinə yetirib. Cihaz xəstənin bədəninin üçölçülü xəritəsini yenidən yaratmaq üçün kameralarla təchiz olunub. STAR-ın yaradıcısı Aksel Krieger deyir ki, robot gələcəkdə kiçik kəsiklər vasitəsilə şişləri çıxarmaq kimi ən mürəkkəb əməliyyatları da yerinə yetirə biləcək.

Mütəxəssis əlavə edib ki, ideal variantda robot cərrahlar hətta tibb müəssisələrindən kənarda da əməliyyatlar apara bilərlər. Məsələn, xəstəxanaya gedərkən yolda- təcili yardım maşının içində.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Robot   Əməliyyat   Tibb  





Xəbər lenti