Mehriban Əliyevadan Pakistanlı uşaqlara töhfə- FOTOLAR
Daha sonra səfir Heydər Əliyev fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim etmiş, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı təqdim edib.
Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz öz çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişlər. R.X.Mustafa, Mehriban xanımının kimsəsiz uşaqlara göstərdiyi bu diqqət onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu bildirib.
Məktəbin icraçı direktor Şahida Riaz çıxışında, Ancuman Süleymaniyanın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək bildirilmişdir ki, 100 nəfərdən çox sakini olan kimsəsizlər evində uşaqlar, yaşamaqla yanaşı müasir standartlara cavab verən təhsil alır, zəruri tibbi yardım ilə təmin edilirlər. Hal hazırda uşaqlar evində yenidənqurma işlərinin aparıldığını, ərazidə yeni yaşayış və təhsil bloku tikildiyini qeyd edən icraçı direktor, Azərbaycanın birinci xanımın göstərdiyi maliyyə yardımının məhz bu yenidənqurma işlərinə sərf olunacağını bildirib.
Daha sonra Ancuman Süleymaniyada məskunlaşmış uşaqlar səhnəciklər nümayiş etdirmiş, mahnılar ifa ediblər.
Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaqlar evinın yaşayış və tədris binaları ilə, burada aparılan yenidənqurma işləri ilə tanış olublar.
Tədbirin sonunda, D. Şikarov, tədbirə qatılmış Pəncab əyalətinin aparıcı media mənsublarına müsahibə vermişdir. Müsahibədə Səfir, Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti haqqında danışıb.