Taksilərə nəzarət də Ziya Məmmədovdan alınır?

Taksilərə nəzarət də Ziya Məmmədovdan alınır?
  16 Aprel 2014    Oxunub:1491
Yaxın günlərdə Bakıda taksi xidmətinə nəzarət funksiyası da Nəqliyyat Nazirliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyinə veriləcək.
Bu barədə etibarlı mənbələrə istinad etdiyini bildirən `Gündəm Xəbər` qəzeti məlumat yayıb. Məlumatlarda deyilir ki, paytaxtda taksi xidmətinin bərbad səviyyədə təşkil olunması, xüsusən də Nəqliyyat Nazirliyinin müfəttişlərinin özbaşınalıqları və bunun heç də yaxşı nəticələrə gətirib çıxarmayacağanı anlayan rəsmi dairələr belə bir addım atmaq qərarına gəliblər.

Bildirilir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə konkret tapşırıq verilib. Mənbənin dediyinə görə, Nəqliyyat Nazirliyinin tabeçiliyindən taksi xidməti və ona nəzarətin alınması isə nazir Ziya Məmmədova vurulacaq ikinci zərbə olacaq.



Teqlər:





Xəbər lenti