Qaçqın şəhərciyində bədbəxt hadisə baş verdi

Qaçqın şəhərciyində bədbəxt hadisə baş verdi
  17 Aprel 2014    Oxunub:920
Bu gün axşam 21 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsində məcburi köçkünlər üçün tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, inşaat işlərində çalışan fəhlələrin üzərinə daş düşüb. Bunlar Ağcəbədi rayon sakinləri 51 yaşlı Əliqəmə Məmmədov və 45 yaşlı Ayaz Nuriyevdir. Göstərilən tibbi yardımlara baxmayaraq Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alanın müalicəsi isə davam etdirilir. Həkimlər yaralının həyatı təhlükəsi olmadığını bildirirlər.

Hazırda Göygöl rayon prokurorluğunda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır


Teqlər:





Xəbər lenti