BTC ilə 463 milyon ton Azərbaycan nefti nəql olundu

BTC ilə 463 milyon ton Azərbaycan nefti nəql olundu
  13 İyul 2022    Oxunub:867
Bakı-Tbilisi-Ceyhan (BTC) sisteminin tam istismara verilməsindən 16 il ötür.
Bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb. Nazir qeyd edib ki, bu müddətdə BTC ilə 463 milyontonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 milyon ton neft nəql olunub.

Xatırladaq ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti