Avro qazsız boğulur

// Vahid valyutanın taleyi "Şimal axını"ndan asılıdır

   Avro qazsız boğulur
  13 İyul 2022    Oxunub:1004
“Əgər Rusiya Avropaya qaz tədarükünü tam dayandırsa, fond bazarları çökəcək və 1 avro 90 sentə qədər ucuzlaşacaq”. Bu proqnozu irəli sürən UBS bankının analitiklərinin qənaətinə görə, o halda Avropadakı bütün şirkətlərin gəlirləri 15% azalacaq, “Stoxx 600” indeksi isə 20%-ə qədər düşə bilər.
UBS-in analitikləri onu da qeyd ediblər ki, bu proqnozlara hələ kobud təxminlər kimi yanaşmaq lazımdır, çünki ssenarinin ən pis inkişafı variantını nəzərdə tutmurlar.

Qeyd edək ki, avro artıq dollara nisbətdə rekord həddə zəifləyib, alman şirkətlərinin səhmləri isə 11% ucuzlaşıblar.

Bəzi ekspertlərə görə, Rusiya “Şimal axını” kəmərilə qazın nəqlini hər halda, bərpa edəcək. Əks halda, ən pis ssenariyə hazırlaşmaq lazımdır.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Avro  





Xəbər lenti