Azərbaycandan Rusiyaya iyulda 8,4 min ton meyvə ixrac olunub

   Azərbaycandan Rusiyaya iyulda 8,4 min ton meyvə ixrac olunub
  23 İyul 2022    Oxunub:1338
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri üzrə idarəsi, bu ilin iyul ayının əvvəlindən bəri Moskva və Tula bölgələrində 450-dən çox nəqliyyat vasitəsini yoxlayıb.
AzVision.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, yoxlanılan nəqliyyat vasitələrində Azərbaycanlı istehsalçılar tərəfindən göndərilən ümumi çəkisi 8,4 min ton olan təzə ərik, alça, nektarin, gavalı və gilas olub.

Rusiya Bitki Karantin Mərkəzi (FSBI "VNIIKR"), bu məhsullar üzərində karantin-fitosanitar tələbləri ilə bağlı laboratoriya tədqiqatları aparıblar.

Karantin-fitosanitar idarəetmə prosedurundan uğurla keçən məhsullar sərbəst satışa buraxılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti