Əməkhaqqı fondunda daha 15 faiz artım baş verib

Əməkhaqqı fondunda daha 15 faiz artım baş verib
  26 İyul 2022    Oxunub:1126
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əməkhaqqı fondu daha 15 faiz artıb.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Bildirilib ki, bu artımı qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks sosial-iqtisadi tədbirlərin müsbət nəticələri, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daimi artması şərtləndirib.

Qeyd olunan pozitiv proseslər ümumilikdə son 4 ildə illik əməkhaqqı fondunun 2,2 dəfə və ya 8 milyard manat artması ilə nəticələnib.

AzVision.az



Teqlər:





Xəbər lenti