FED uçot dərəcəsini artırıb

   FED uçot dərəcəsini artırıb
  28 İyul 2022    Oxunub:1493
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artıraraq 2,25-2,5%-ə çatdırıb.
AzVision.az FED-ə istinadla xəbər verir ki, komitə uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, o, federal fondlar üzrə uçot dərəcəsinin hədəf diapazonunu 2,25-2,5%-ə yüksəltmək qərarına gəlib. Həmçinin hədəf diapazonunun daha da artırılmasının məqsədəuyğun olacağını gözləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti