Türkiyə ilə Rusiya arasında milli valyutalara keçidin müzakirəsi davam edir

   Türkiyə ilə Rusiya arasında milli valyutalara keçidin müzakirəsi davam edir
  28 İyul 2022    Oxunub:1660
Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavcıoğlu bildirib ki, Rusiya ilə qarşılıqlı hesablaşmalar üçün milli valyutalara keçidlə bağlı danışıqlar davam edir. O danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.
“Ticarətə türk lirəsi və rublla hesablaşmaların bölüşdürülməsi ilə bağlı danışıqlarımız davam edir. Biz bu istiqamətdə mühüm bir yol keçmişik. Türkiyə Rusiya və digər ölkələrlə svop müqavilələri bağlamaq üçün danışıqlar aparır”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfəri zamanı bildirib ki, iki ölkə arasında qarşılıqlı hesablaşmalar üçün milli valyutalara keçid prosesi qabaqcıl mərhələdədir.


AzVision.az



Teqlər:





Xəbər lenti