Nazirdən xəbərdarlıq : “Quraqlığın kəskinləşməsi qaçılmazdır” - VİDEO

      Nazirdən xəbərdarlıq   : “Quraqlığın kəskinləşməsi qaçılmazdır” -    VİDEO
  29 İyul 2022    Oxunub:1335
“İqlim dəyişikliyi birbaşa Azərbaycanda torpaq və su resurslarına mənfi təsir göstərir. AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Real” TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda 1 milyon hektar ərazi taxıl məhsullarının istehsalı üçün istifadə edilir: “Bunun təqribən 50 %-i suvarılan, digər 50 %-i isə dəmyə ərazilərdir. Quraqlığın gələcəkdə kəskinləşməsi qaçılmazdır. Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-ci ilə qədər Azərbaycanı səhralaşmaya məruz qalan 20 ölkə sırasına daxil edib. Ona görə də su və torpaq resurslarının düzgün istifadə etmək ən vacib amillərdən biridir. Ərzaq təhlükəsizliyi kontekstində ən vacib istiqamət məhz buğda və taxıl məhsulları ilə özümüzü təmin etməyimizdir”.

Nazir bildirib ki, əkinçilik sahəsində birbaşa subsidiyaların və texnikaların verilməsi ilə bu sahə dəstəklənir. Həmçinin, Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər barədə” Fərmanın məqsədi bu sahədə dəstək tədbirlərini gücləndirmək, əkin subsidiyasından əlavə fermerlərimizə məhsul subsidiyasını təqdim etməkdir:



“Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu, təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər var. Bunlardan birincisi son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədə yan ötüşməyib, məhsul istehsalında, həm də məhsulun daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Baş verən konfliktlər məhsulun istehsalına mənfi təsir göstərir, o cümlədən məhsulun həmin ölkələrdən çıxarılması, digər ölkələrə çatdırılması, dövlətlərin ərzaq təhlükəsizliyinin təminatında çətinliklər yaradır. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin artması kənd təsərrüfatı sahəsinə birbaşa təsir edən amillərdən biridir”.

AzVision.az




Teqlər:





Xəbər lenti