Gənclər səhnələşdirilmiş məhkəmə keçirib

Gənclər səhnələşdirilmiş məhkəmə keçirib
  29 Aprel 2014    Oxunub:1101
27 Aprel 2014-cü il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) təşkilatçılığı ilə Səbail rayon məhkəməsində Səhnələşdirilmiş Məhkəmə Prosesləri müsabiqəsinin ikinci mərhələsi həyata keçirilib.
ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Könül Bədəlova bildirib ki, layihənin əsas məqsədi hüquqşünas tələbələrin praktiki bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir: “Layihəyə cəlb olunan hüquqşünas tələbələr istər mülki, istərsə də cinayət məhkəmə icraatlarında iştirak etməklə öz nəzəri biliklərini praktiki bacarıqlarla uzlaşdırmalı olurlar ki, bu da onların keyfiyyətli hüquqşünas kimi yetişməsində önəmli rol oynayır”.

Səhnələşdirilmiş Məhkəmə Prosesləri müsabiqəsində iştirak etmək üçün, 100-dən artıq hüquqşünas tələbə müraciət etsə də, onlardan cəmi 44 nəfər (22 komanda) seçilib və proseslər 3 mərhələdən ibarət planlaşdırılıb. Artıq 2 mərhələ başa çatıb və yalnız 4 komanda müsabiqəyə davam edəcək. Proseslərin yarım-final və final mərhələlərinin May ayının ortalarında həyata keçirilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti