Avrozonada tənəzzül riski ən yüksək səviyyəyə çatdı

   Avrozonada tənəzzül riski ən yüksək səviyyəyə çatdı
  15 Avqust 2022    Oxunub:1488
Ekspertlər hesab edir ki, Avrozona iqtisadiyyatının tənəzzül riski 2020-ci ilin noyabrından bəri ən yüksək həddə çatıb.
Növbəti 12 ayda avrozona iqtisadiyyatında tənəzzül ehtimalını qiymətləndirən ekspertlər, enerji çatışmazlığı vəziyyətinin onsuz da rekord səviyyədə olan inflyasiyanı gücləndirmək təhlükəsi yaratdığını bildiriblər.

Avrozona ölkələrində iki rüb ardıcıl olaraq hasilatın azaldılması ehtimalı agentliyin sonuncu sorğusundan bu yana, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra 45%-dən 60%-ə yüksəlib.

Beləliklə, ekspertlər blokun ən böyük iqtisadiyyatı olan və Rusiyanın enerji təchizatının azalmasından ən çox təsirlənən Almaniya iqtisadiyyatının bu rübdən etibarən durğunlaşmağa başlayacağını proqnozlaşdırırlar.

2022-ci ildə inflyasiyanın orta hesabla təxminən 8% olacağı təxmin edilir ki, bu da Avropa Mərkəzi Bankının proqnozundan təxminən dörd dəfə çoxdur. Bununla belə, respondentlər inflyasiyanın 2024-cü ildə 2%-lik hədəfə qədər yavaşlayacağına inanırlar.( Bloomberg).

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti