İnsan alverinin əsas qurbanları gənclərdir

İnsan alverinin əsas qurbanları gənclərdir
  02 May 2014    Oxunub:1409
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərimiz İnsan Alverinin Qurbanına Çevrilməsin” mövzusunda konfras keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri və əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi və Beynəlxalq Miqrasiya Təşkilatının səlahiyyətli şəxsləri iştirak ediblər.

YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, qlobal dünyada cinayətkarlığın artması, bu cinatyətkarlığın təhlükəli növlərindən biri olan insan alveri cinayətinin bütün dövlətlərdə mövcudluğu və yaş həddi olmadan bütün cəmiyyət üzvlərini əhatə etməsi təhlükəli haldır. Bu məsələ ilə bağlı cəmiyyətdə kifayət qədər məlumatın olması və insan alverinə qarşı mübarizədə dövlət və cəmiyyətin birgə fəaliyyəti çox vacibdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı, polkovnik Fuad Əliyev bildirib ki, insan alveri ilə mübarizə istiqamətində dövlət müvafiq tədbirlər görür. İnsan alverinin qurbanları üçün müvafiq sığınacaqlar yaradılıb və Qaynar Xətt fəaliyyət göstərir. O insan alverinin qurbanına çevrilən şəxslər haqda danışdı və bir qayda olaraq bu şəxslərin xaricdə yaşamaq, işləmək, ailə həyatı qurmaq adı altında aldadılaraq xaricə aparıldığını qeyd etdi.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin koordinatoru Səltənət Məmmədova çıxış edərək qeyd etdi ki, dünyada hazırda 232 milyon beynəlxalq miqrant var və statistika göstərir ki, miqrantlar arasında 15-30 yaşlı gənclər üstünlük təşkil edirlər. O, insan alverinin milyardlarla dollar gəlir gətirdiyini və bu cinayətin silah və narkotik alveri ilə bərabər səviyyədə olduğunu bildirdi.


Teqlər:





Xəbər lenti