34 yaşlı qadın özünü dənizə atdı
Səbail rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, özünü dənizə atan şəxs 1980-ci il təvəllüdlü qadındır. Ağır vəziyyətdə sudan çıxarılan qadının adının Solmaz olduğu bildirilir. O, təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
34 yaşlı qadının özünü hansı səbəbdən dənizə atması ələlik məlum deyil. (Lent.az)