QHT Şurasının üzvləri Danimarkadadır

QHT Şurasının üzvləri Danimarkadadır
  07 May 2014    Oxunub:1114
4 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzv və əməkdaşlarından ibarət nümayəndə heyətinin Danimarkanın paytaxtı Kopenhagenə səfəri başlayıb.
Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində maliyələşdirdiyi Almaniyanın “Azlıqların Məsələləri üzrə Avropa Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilən səfərin ilk günündə tərəflərin iştirakı ilə toplantı keçirilib. İclasda qarşıdakı günlərdə keçiriləcək görüşlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

İlk olaraq Danimarka Xarici İşlər Nazirliyində olan nümayəndə heyəti qurumun sektor müdiri Ole Dahi Rasmussenlə görüşüb. Nazirliyin 2013-2107-ci il strateji inkişaf planı haqqında danışan Rasmussen əsas fəaliyyət istiqamətləri və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq məsələləri haqqında məlumat verib. Ole Dahi Rasmussen qeyd edib ki, Danimarka hökuməti hər il insan hüquqları və inkişaf üzrə layihələrə 140 milyon avro vəsait ayırır. Bu məqsədlə 2013-2017- ci illər üzrə Danimarka Qonşuluq Proqramı üzrə Balkan və Cənubi Qafqaz ölkələri üçün 30 milyon avro vəsait ayrılmışdır. Görüşdə proqram çərçivəsində Azərbaycanla birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü ifadə olunub.

Maayın 6-da Danimarka Parlamentində nəqliyyat komitəsinin sədri, biznes, mədəni və Avropa ilə əlaqələr komitəsinin üzvü Benny Engelbreçt ilə görüş keçirilib. O, Almaniya və Danimarka arasında baş vermiş ərazi münaqişələri və onun həlli yolları barədə məlumat verib.
Keçirilən görüşlərdə nümayəndə heyəti adından Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun inkişafı sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin mahiyyəti haqqında geniş məlumat verib.

Şuranın xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları haqqında danışan F. Qurbanov ölkəmizdə multikulturalizm ənənələri, birgəyaşayış, insan hüquq və azadlıqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin fəal iştirakı haqqında danışıb və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Aparılan müzakirələrdə fəal iştirak edən Şuranın nümayəndə heyətinin üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, Rəna Mirzəzadə Azərbaycanda vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu haqqında danışaraq, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkənin QHT sektorunun inkişafında səmərəli rol oynayacağını ifadə ediblər. Görüşlərdə Danimarka dövlətinin təmsilçilərinə Azərbaycanın tarixi və mədəniyyətini tərənnüm edən xatirə hədiyyələri təqdim olunub.


Teqlər:





Xəbər lenti