Aktiv vergi ödəyicilərinin sayı 700 minə çatıb

Aktiv vergi ödəyicilərinin sayı 700 minə çatıb
  22 Oktyabr 2022    Oxunub:855
Bu il oktyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,2 % artaraq 699 553 olub.
AzVision.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Yanvar-sentyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 9,8 % artıb və 38 081 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 % artaraq 188 690-a çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti