Kredit ittifaqlarının zərəri 5 dəfə artıb

Kredit ittifaqlarının zərəri 5 dəfə artıb
  29 Oktyabr 2022    Oxunub:863
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,05 milyon manat zərərlə başa vurub.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5 dəfə çoxdur.

9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,8 milyon manat (illik müqayisədə 5,3% az), xərcləri 0,85 milyon manat (16,4% çox), xüsusi ehtiyatlara ayırmaları isə 0,9 milyon manat (25% az) təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 14,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,7% çoxdur. Bunun 12,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,2% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 10% azalaraq 4,5 milyon manata düşüb, balans kapitalı isə 6,5% artaraq 9,8 milyon manata çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti