Azərbaycanın qiymətli kağızlar bazarı 26% kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı    26% kiçilib
  29 Oktyabr 2022    Oxunub:3863
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 9 434,4 milyon manatlıq əməliyyat aparılıb.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % azdır.

9 aylıq göstəricinin 5 030,3 milyon manatlıq hissəsi ilkin bazarda (19,7 % az), 4 404,1 milyon manatlıq hissəsi isə təkrar bazarda (31,7 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 6 596 əqd bağlanılıb. Bu, illik müqayisədə 26,1 % azdır. Əqdlərin 1 172-si ilkin bazarın (16,9 % az), 5 424-ü isə təkrar bazarın (27,8 % az) payına düşüb.

Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 4 908,1 milyon manatlıq hissəsi və yaxud 52 %-i dövlət qiymətli kağızlarının, 1 043,6 milyon manatlıq hissəsi və yaxud 11,1 %-i korporativ qiymətli kağızların, 3 482,7 milyon manatlıq hissəsi və yaxud 36,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 20,9%, 3,5% və 35,6% azdır.

9 ay ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 356-sı və yaxud 20,6 %-i dövlət qiymətli kağızlarının, 3 325-ü və yaxud 50,4 %-i korporativ qiymətli kağızların, 1 915-i və yaxud 29 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 24 %, 15,8 % və 39,9 % azdır.

AzVision.az



Teqlər: Qiymətli-Kağızlar  





Xəbər lenti