TAP vasitəsilə Yunanıstan və İtaliyaya qaz nəqlinin həcmi açıqlanıb

TAP vasitəsilə Yunanıstan və İtaliyaya qaz nəqlinin həcmi açıqlanıb
  29 Oktyabr 2022    Oxunub:853
Trans-Adriatik qaz kəməri (TAP) Yunanıstan və İtaliyaya tədarükün təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir və Rusiya qazının azalmış idxalını əvəz etməyə imkan yaradır.
AzVision.az xəbər verir ki, bu barədə TAP-ın səhmdarlarından olan İspaniyanın "Enagas" şirkətinn hesabatında deyilir.

"TAP vasitəsilə sentyabrın 30-dək Avropaya 7,9 milyard kubmetr qaz tədarük olunub. Bunun 7 milyard kubmetri İtaliyaya, 0,9 milyard kubmetri Yunanıstana nəql edilib. Həmin göstəricilər müvafiq olaraq İtaliyanın qaz tələbatının 15 faizini, Yunanıstanın isə 20 faizini təmin edib", - hesabatdan deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti