“Lukoyl” Xəzərin Azərbaycan şelfində yeni neft-qaz layihələrində iştirak etmək istəyir

  “Lukoyl”  Xəzərin Azərbaycan şelfində yeni neft-qaz layihələrində iştirak etmək istəyir
  29 Oktyabr 2022    Oxunub:1226
Rusiyanın “Lukoyl” şirkəti Azərbaycanda Xəzər şelfində yeni neft-qaz layihələrində iştirakda maraqlıdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə bildirib.

"Lukoyl" artıq orada iştirak edir və şirkət digər yataqlarda da çox fəal iştirak etmək istəyir”, - o, şirkətin Xəzərdə yeni bloklar üzrə danışıqları ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, şirkət Xəzərdə külək elektrik stansiyasının tikintisi imkanları ilə də bağlı müzakirələri davam etdirir: “Lukoyl” hər yerdədir – onlar bütün layihələrdə, hətta bərpa olunan enerjidə də maraqlıdırlar. Biz dialoqu davam etdiririk”, - nazir müavini layihənin texniki-iqtisadi əsaslandırılmasının başa çatdırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Lukoil” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Naxçıvan", "Quba-Xəzəryanı" və "Qoşadaş" perspektivli dəniz strukturlarında kəşfiyyat işlərində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

AzVision.az



Teqlər: Kukoyl   Xəzər  





Xəbər lenti