“Vəhabilər məni ölümlə hədələyirlər” – Tanınmış psixoloq
“Adam içi” verilişində 2 nəfərin itməsi ilə bağlı mövzü qaldırılmışdı. Biz də bu barədə müzakirələr aparırdıq. Məlum olub ki, bu gənclərdən biri BDU-nun tələbəsi idi və həmin dini qruplaşmalara qoşulub. Sonradan isə onun meyiti tapılıb. Mən artıq o qədər belə acınacaqlı hadisələrlə qarşılaşmışdım ki, verilişdə emosiyalarımı biruzə verdim ki, valideynlər siz hara baxırsınız? Nə ilə məşğul olursunuz ki, uşaqlarınız bu qədər qaygıdan məhrum qalır və görün kimlərə qoşulur. Yanıma bir pasient gəlmişdi. Həmin oğlan vəhabilikdən çıxmışdı, hamı sevinirdi. Amma sonradan onu öldürdülər, həmin ailəni də hədələdilər. Mən bu hadisəni detallarına qədər danışmaq istəmirəm. Təsəvvür edin ki, mənim Tibb Universitetini bitirən tanışlarım var idi, radikallara qoşuldular. Deyirdilər ki, mikrobun varlığına inanmaq Allaha şərik qoşmaq deməkdir”.
Psixoloq təhdidləqə görə, polisə müraciət etdiyini bildirib. E.Əkbərin sözlərinə görə, ona təzyiq göstərən vəhabi qruplaşmasının üzvləri artıq həbs ediliblər.
“Vəhabi qruplaşmaları tərəfindən təhdidlərə məruz qalmağım barədə Yasamal rayon 26-cı polis bölməsinə müraciət etmişdim. Müraciətimə baxıldı və həmin şəxslər tutuldu. Daha sonra onlar da fkirlərindən daşındılar. Suriyaya gedib-gəlmək söhbəti yarandı. Mən də sevindim ki, başları özlərinə qarışdı. İndi dini qruplaşmaların üstünə çox düşüblər. Amma bu işin üzərində çox ciddi hazırlaşmaq lazımdır. Çünki bu dəhşətli bir bəladır. Onlar adətən öz şəbəkələrinə yeniyetmələri, gəncləri cəlb edirlər. Yeniyetmə yaş dövründə istənilən ağılsız ideyanın dalınca gəncləri aparmaq mümkündür. Bizim gəncləri konsultasiyalara gətirirlər, təsəvvür edin ki,narkomanları vəziyyətdən çıxarmaq olur. Amma dini qruplaşmaların təsiri altına düşənləri vəziyyətdən çıxarmaq çox çətindir. Həmin gənclərin beyinləri o qədər fikirlərlə dolu olur. Dini qruplaşmalarla ünsiyyətim çox olub, bu sahədə yaxşı təcrübəm var. Hətta dini məqalə də yazmışdım. Sadəcə qorxumdan, onların radikallığı ucbatından reallaşdırıb çap etdirə bilmədim. Müxtəlf dini qrupularla ünsiyyətdə olmuşam. Məni başımı kəsməklə hədələyirdilər”.
Nihadə Eyyubova