Komitə sədri: "2023-cü ildə bizi ciddi çağırışlar gözləyir"

      Komitə sədri:    "2023-cü ildə bizi ciddi çağırışlar gözləyir"
  03 Noyabr 2022    Oxunub:886
"Ötən doqquz ay ərzində Azərbaycanda qeyri-neft ixracı artıb. Bu il ərzində azad olunmuş ərazilərin bərpası üçün nəhəng layihələr davam etdirilib. İndiyədək büdcədən bu istiqamətə 4 milyard manatdan çox vəsait ayrılıb".
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, 2023-cü ildə bizi ciddi çağırışlar gözləyir: "2023-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır. Hədəflərə və çağırışlara cavab vermək üçün imkanlar mövcuddur".

AzVision.az



Teqlər:





Xəbər lenti