Kürün səviyyəsi qalxır

Kürün səviyyəsi qalxır
  08 May 2014    Oxunub:1244
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 8-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 9 santimetr artdığı, su sərfinin saniyədə 295 kubmetr təşkil etdiyi müşahidə olunmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 6 santimetr azalma qeydə alınmışdır. Bu məntəqədə su sərfi saniyədə 103 kubmetr olub.

Kür çayının aşağı axınında suyun səviyyəsinin artdığı müəyyən edilmişdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 330, Şirvanda 179, Salyanda 113, Bankədə 205, Novruzlu məntəqəsində isə 38 santimetrdir.


Teqlər:





Xəbər lenti