Türkiyənin Mediasiya qurumları ilə faydalı əməkdaşlıq qurulur

Türkiyənin Mediasiya qurumları ilə faydalı əməkdaşlıq qurulur
  11 Noyabr 2022    Oxunub:1320
Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Ailə Mediasiyası Qurumu, Talya Mediasiya Mərkəzi və Bakı 15 saylı Mediasiya Təşkilatı arasında görüş keçirilib.
Görüşdə Talya Mediasiya Mərkəzinin rəhbəri Ayşe Dilek Erguler, Ailə Mediasiyası Qurumunun həmsədri Nur Özden, həmin qurumların partnyoru Pelin Yücel və Bakı 15 saylı Mediasiya Təşkilatının rəhbəri Qasım Şaliyev iştirak edib.

Tərəflər qardaş Türkiyə və Azərbaycanda mediasiyanın inkişafı üzrə qısa zaman ərzində qanunvericilik bazasının qurulmasının tam təmin olunmasını xüsusilə qeyd edərək, davamında aidiyyəti dövlət qurumlarının dəstəklədiyi sağlam mühitdə formalaşan mediasiya təcrübəsinin öyrənilməsi, habelə mübahisələrin həllində mediasiya və danışıqların üstünlüklərinin cəmiyyətə izah edilməsi üzrə birgə araşdırmaların təşkili məqsədi ilə qarşılıqlı informasiya və bilik mübadiləsi həyata keçiriblər.

Görüşün sonunda Talya Mediasiya Mərkəzi ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında əldə edilən razılaşmaya əsasən, tərəflər müxtəlif statuslu elmi konfranslar olmaqla, seminar və panellərin keçirilməsi,mediasiya ilə bağlı layihə və sərgilərdə birgə iştirak edilməsi üzrə qarşılıqlı əməkdaşlıqlarını genişləndirəcəklər.

Razılaşmaya əsasən, Türkiyədəki mediasiya nailiyyətlərinin öyrənilməsi və Bakı 15 saylı Mediasiya Təşkilatında yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq edilməsi, birlikdə mediasiya proseslərinin (co-mediation) aparılması, türk müəlliflərinin mediasiya sahəsindəki məqalə və əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, digər partnyorlarla birlikdə elmi və elmi-praktiki konfrans, seminar və forumlarda mediasiyanın elmi əsaslarının formalaşdırılmasında birlikdə çalışacaqlar.

Bu əlamətdar razılaşma ilə bağlı mediator Qasım Şaliyev bildirdi ki, bütün mülki mübahisələr, o cümlədən kommeriya, ailə, əmək mübahisələrinin mediasiya yolu ilə həllinə nail olmaq məqsədilə Bakı 15 saylı Mediasiya Təşkilatı xarici təcrübənin öyrənilməsi və cəmiyyətə düzgün təqdim olunması uğruna bir çox nüfuzlu mediatorlarla əlaqələrinin genişləndirməsinə və birgə layihələrin təşkilinə davamlı səy göstərməkdədir. Nəticədə qurulan bu peşəkar əməkdaşlıqların Azərbaycan mediasiyasının inkişafına xüsusi töhfə verəcəyinə inanırıq.


AzVision.az




Teqlər: Mediasiya   Türkiyə  





Xəbər lenti