Ölkədə ən çox nələr bahalaşıb - SİYAHI

   Ölkədə ən çox nələr bahalaşıb -    SİYAHI
  11 Noyabr 2022    Oxunub:800
Cariilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrünə nisbətən 113,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildirilib ki, cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən isə 115,6 faiz olub.

Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 112 faiz təşkil edib.

Bu ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, ayaqqabıların, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə edilib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər olmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti