Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər açıqlanıb

   Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər açıqlanıb
  14 Noyabr 2022    Oxunub:918
Bakı Limanının ikinci fazasının tikintisi üçün hazırda texniki-iqtisadi-əsaslandırma işləri aparılır. Bunun bu ilin sonuna, gələn ilin əvvəlinə bitməsi gözlənilir.
AzVision.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. Onun sözlərinə görə, texniki əsalandırma işləri Bakı Limanın ikinci mərhələsi üçün nə qədər körpü lazım ola biləcəyini deməyə imkan verəcək:

"Texniki -iqtisadi əsaslandırma bitdikdən sonrakı mərhələdə isə tikintinin planı, dizaynı hazırlanır. Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma qabiliyyəti 25 milyon ton yük və 500, 000 TEU-ya qədər konteyner olacaq".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti