`Eurovision`un 104 yaşlı izləyicisi: `Məni Bakıya dəvət edirlər`

`Eurovision`un 104 yaşlı izləyicisi: `Məni  Bakıya dəvət edirlər`
  10 May 2014    Oxunub:1133
“Eurovision” mahnı müsabiqəsinin ən yaşlı fanatı, 104 yaşlı xanım Oma Ella Kopenhagendə yarışmanı canlı izləyən tamaşaçılar sırasında olacaq.
Oma Ella AzərTAc-a deyib ki, özünü dünyanın ən şanslı insanlarından hesab edir: `Belə sağlam və gümrah olduğum üçün Allahıma minnətdaram. Həmişə Tanrıya dua edirəm. Hər birimizin Allaha ehtiyacımız var. Bura gələn milyonlarla insanları görmək, “Eurovision” mahnı müsabiqəsinin fanatları ilə birgə olmaq məni xoşbəxt edir`.

Oma Ela “Facebook” sosial şəbəkəsindən onunla ünsiyyətdə olan bütün azərbaycanlı dostlarına salam və xoş arzularını çatdırdığını da söyləyib: “Mənimlə danışan, mənə yazan azərbaycanlıların hər biri çox səmimi, mehriban və qonaqpərvərdir. Məni Bakıya dəvət edirlər. Hər birinə minnətdaram”.

Dilarə Kazımovanın mahnısını dinlədiyini qeyd edən Oma Ella təmsilçimizin ifasını çox bəyəndiyini, onun müsabiqədə layiqli yerə sahib olacağını da vurğulayıb.


Teqlər:  





Xəbər lenti