Gələn ilin dövlət büdcəsinin xərclərində dəyişiklik edilib

   Gələn ilin dövlət büdcəsinin xərclərində dəyişiklik edilib
  17 Noyabr 2022    Oxunub:777
2022-ci ilin dövlət büdcəsindən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ayrılan vəsaitin həcmi azaldılıb.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Fərmana əsasən, 2022-ci ilin dövlət büdcəsindən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ayrılan vəsaitin həcmi 163 milyon manatdan 120 milyon manata endirilib.

Eyni zamanda “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 43 milyon manat ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti