Nazir müavini və arvadı dəhşətli qəzada yaralandı
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
"VAZ 2107"-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək "Lexus"a çırpılması nəticəsində "Lexus"un sürücüsü, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev ağır xəsarət alıb. 53 yaşlı F.Əliyevlə yanaşı, onun həyat yoldaşı Arifə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov bildirdi ki, qəzadan sonra nazir müavini və həyat yoldaşı Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisəni törədən "VAZ 2107"nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunur.
Qeyd edək ki, T.Rəhimovun sərnişini olan iki gənc oğlan isə hadisə yerindəcə keçinib.
Teqlər: