Qərb Rusiya neftinin qiymətinin 65-70 dollar olması ilə razıdır

Qərb Rusiya neftinin qiymətinin 65-70 dollar olması ilə razıdır
  24 Noyabr 2022    Oxunub:992
Avropa İttifaqı ölkələrinin əksəriyyəti Rusiya neftinin qiymətinin bir barel üçün 65-70 dollar səviyyəsində məhdudlaşdırılması ilə razıdır.
AzVision.az xəbər verir ki, “Politico” qəzeti bu barədə Avropa İttifaqının rəsmi nümayəndələrinə istinadla məlumat yayıb. Qeyd olunub ki, Polşa qiymət tavanının 30 dollar səviyyəsində olmasını istəyir. Polşa neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirməyə çalışır. Varşavanın mövqeyi qiymət tavanı və növbəti məhdudiyyətlər paketi ilə bağlı qərarın qəbulunu gecikdirir.

Qeyd edək ki, bir müddət öncə RF Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarükü dayandırmaqla hədələyib.

AzVision.az



Teqlər:





Xəbər lenti