Prezident: "Yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq"

      Prezident:    "Yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq"
  25 Noyabr 2022    Oxunub:929
Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur.
AzVision.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti