Biləsuvar sakini tanışını güllələdi

Biləsuvar sakini tanışını güllələdi
  08 Dekabr 2022    Oxunub:773
Dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan bildirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti