Gələn il üçün yaşayış minimumu qəbul edildi

   Gələn il üçün yaşayış minimumu qəbul edildi
  09 Dekabr 2022    Oxunub:799
Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
AzVision.az xəbər verir ki, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti