Bakıda süd məhsulları şirkətində yanğın olub

Bakıda süd məhsulları şirkətində yanğın olub
  11 Dekabr 2022    Oxunub:743
Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları" MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində bir ədəd transformator, bir ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti