“Avro-4” sertifikatı almaq üçün gömrük orqanına gəlməyə ehtiyac yoxdur

   “Avro-4” sertifikatı almaq üçün gömrük orqanına gəlməyə ehtiyac yoxdur
  13 Dekabr 2022    Oxunub:832
“Yaxın vaxtlarda minik avtomobilləri elektron formada gömrük orqanlarında bəyan edilə biləcək”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zaman deyib.

O xatırladıb ki, hazırda avtomobillərə “Avro-4” sertifikatı almaq üçün gömrük orqanına gəlməyə ehtiyac yoxdur: “Vətəndaşlar bu sertifikatı onlayn ala bilir. Gələcəkdə, yaxın vaxtlarda biz minik maşınlarının özünün də bəyannamə mexanizmini elektron əsasda etməyi planlaşdırırıq. Yəni, artıq vətəndaş bəyannaməni elektron formada etsin. Onun hər zaman maşınla gömrük məntəqəsinə gəlməsinə ehtiyac olmasın. Bunun avtomatlaşdırılması üçün sistemin özündə, elektron infrastrukturun özündə müəyyən dəyişiklik etmək lazımdır. Hazırda bunun üzərində də işlər aparılır”.

AzVision.az


Teqlər:





Xəbər lenti