Müharibə iştirakçısı avtoxuliqanlığa görə tutuldu

   Müharibə iştirakçısı avtoxuliqanlığa görə tutuldu
  19 Dekabr 2022    Oxunub:697
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Qoşqar Həsənov idarə etdiyi VAZ markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Qoşqar Hüseynov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti