Sumqayıtda saxta ƏTİR əməliyyatı

Sumqayıtda saxta ƏTİR əməliyyatı
  14 May 2014    Oxunub:1235
Mənşəyi bilinməyən və keyfiyyətsiz 665 litr ətir aşkar edilərək götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin 9-cu məhəlləsinin ərazisində axtarış aparılıb.

Əməliyyat nəticəsində şəhər sakini Xəqani Qasımova məxsus qarajda Samir İsrafilova və Bakı şəhər sakini Namiq Vəliyevə məxsus mənşəyi bilinməyən və keyfiyyətsiz 13 ədəd 5 litrlik və 600 ədəd 1 lirtlik qablarda (ümumilikdə 665 litr) ətir aşkar edilərək götürülüb.


Teqlər:





Xəbər lenti