24 yaşlı gəncin intihar səbəbi - TƏFƏRRÜAT
"Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər".
AzVision.az 24 yaşlı gəncin intihar səbəbi ilə bağlı ilginc məlumat əldə edib.
Yaxınlarının bildirdiyinə görə, T.Adıgözəlov çalışdığı şirkətə küllü miqdarda borcu olub. O, borclarını ödəyə bilmədiyi üçün canına qıyıb.
Mərhumun yazdığı son statusda onun maddi sıxıntı yaşadığını açıq-aşkar görmək mümkündür.
Qeyd edək ki, intihar edən T.Adıgözəlov “Koroğlu” Şirkətində satış nümayəndəsi işləyirmiş.
Anar RÜSTƏMOV